Əliyar Ağayev UEFA-nın hazırlıq kursuna cəlb edildi
29.07.2019 , 20:41

Azərbaycanın FIFA referisi Əliyar Ağayev iyulun 31-də Xorvatiyanın paytaxtı Zaqrebdə UEFA-nın 2010/2020 mövsümü üçün hazırlıq kursuna qatılacaq.
Korner.az xəbər verir ki, 3 gün davam edəcək hazırlıq prosesində UEFA-nın Elit və I kateqoriyaya daxil olan kişi eləcə də qadın hakimləri iştirak edəcəklər.Kurs çərçivəsində bir qrup hakim videotəkrar (VAR) sistemi üzərində işləyəcək.
