Əliyar Ağayev UEFA kursunda
25.01.2019 , 18:49

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Portuqaliyanın paytaxtı Lissabona yollanıb.
Ağayev yanvarın 28-də hakimlər üçün start götürəcək kursa qatılacaq. UEFA-nın təşkil etdiyi tədbirdə o, TOP kateqoriyaya daxil olan referi kimi iştirak edəcək. Kurs 3 gün davam edəcək.
