Əliyar Ağayev “Olimpiakos” – AEK matçında
28.02.2023 , 11:39

FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan kubokunun oyununa təyinat alıb.
Korner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Yunanıstan kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində martın 1-də keçiriləcək “Olimpiakos” – AEK oyununu idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Elçin Məsiyev isə VAR-da iş başında olacaq.
