Əliyar Ağayev Millətlər Liqası oyununu idarə etdi
15.10.2020 , 11:34

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev növbəti beynəlxalq matçı idarə edib.
O, UEFA Millətlər Liqasnın IV turnda keçirilən Bolqarıstan – Uels oyununun baş hakimi olub. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ağayev Bolqarıstandan 3, Uelsdən 4 futbolçu olmaqla ümumilikdə 7 sarı vərəqə göstərib.
Referiyə bu qarşılaşmada Zeynal Zeynalov və Akif Əmirəli köməklik edib. Dördüncü hakim funksiyasını isə Rəhim Həsənov yerinə yetirib.
