Əliyar Ağayev Millətlər Liqası oyununda
11.10.2020 , 15:59

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev beynəlxalq təyinat alıb.
O, Millətlər Liqasında Bolqarıstan – Uels matçını idarə edəcək. Ağayevə yan xətlərdə Akif Əmirəli və Zeynal Zeynalov kömək edəcək. Rəhim Həsənov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Albaniyalı Sokol Yareçi hakim-inspektor, litvalı Vladimir Buzmakov isə UEFA nümayəndəsi olacaq.
14 oktyabr B Liqasının IV qrupunda Sofiyadakı Vasil Levski adına Milli Stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:45-də başlanacaq.
