Əliyar Ağayev İtaliya klubunun oyununa təyinat aldı
17.09.2018 , 11:50

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb. Gənc ədalət təmsilçisi Avropa Liqasının qrup mərhələsində baş tutacaq “Latsio” (İtaliya) – “Apollon” (Kipr) oyununu idarə edəcək.
Ona bu işin icrasında Zeynal Zeynalov və Rza Məmmədov köməklik edəcəklər. Əlavə köməkçi hakimlər Rəhim Həsənovla Orxan Məmmədov olacaq. Dördüncü hakim funksiyasını isə Mübariz Haşımov yerinə yetirəcək.
Qeyd edək ki, tərəflər arasındakı qarşılaşma sentyabrın 20-də Roma Olimpiya Stadionunda keçiriləcək.
