UEFA birinci kateqoriyaya yeni qoşulan hakimlərin adlarını açıqlayıb.
Azərbaycanlı FİFA referisi Əliyar Ağayevin birincilər sırasında yer alacağı gözlənilsə də, bu baş tutmayıb.
Birinci kateqoriyaya vəsiqə qazanan hakimlərin adları belədir: Daniel Stefanski (Polşa), Andreis Treimanis (Litva), Karlos Del Qerro Qrande (İspaniya), Oriel Qrinfeld (İsrail).
Digər FİFA referilərimiz Ömər Paşayevlə Rəhim Həsənov isə III kateqoriyaya daxildirlər.
