Azərbaycanlı FİFA referisi Əliyar Ağayev 2018-ci il dünya çempionatının Avropa qitəsi üzrə seçmə qrup mərhələsinin oyununa təyinat alıb.
Korner.az-ın məlumatına görə, bu barədə “Report”a AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bildirib.
O deyib ki, Ağayev noyabrın 13-də keçiriləcək oyunlardan birini idarə edəcək. 29 yaşlı referinin hansı görüşdə iş başında olacağı yaxın günlərdə açıqlanacaq.
