UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 18-i və ya 19-da keçiriləcək “Rusenborq” (Norveç) – “Dandalk” (İrlandiya) oyununun baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq.
Korner.az-ın məlumatına görə, ona FIFA referi köməkçisi Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
