Çempionlar liqası

Əliyar Ağayev Çempionlar Liqasında

27.07.2018 , 15:48

FIFA referisi Əliyar Ağayev daha bir avrokubok qarşılaşmasında meydana çıxacaq.

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində avqustun 7-də Avstriyada “Zaltsburq” klubu ilə ikinci təsnifat mərhələsinin “Şkendiya” (Mekdoniya) – “Şerif” (Moldova) cütünün qalibi arasında keçiriləcək qarşılaşmanın baş hakimi Əliyar Ağayev olacaq.

Ona Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Son yazılar

Yuxarı