Əliyar Ağayev Avropa Liqası oyununda
24.11.2020 , 16:18

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 26-da, Afinada keçiriləcək AEK (Yunanıstan) – “Zorya” (Ukrayna) qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.
Korner.az xəbər verir ki, ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
