Futbol

Əliyar Ağayev Avropa Liqası oyununda

20.09.2020 , 16:48

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb.

Korner.az xəbər verir ki, o, bu turnirin III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Styaua” (Rumıniya) – “Slovan” (Çexiya) matçını idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.

“Styaua” – “Slovan” matçı sentyabrın 24-də keçiriləcək.

Son yazılar

Yuxarı