Bugün 19 yaşadək olan futbolçular arasında Avropa çempionatı start götürəcək.
Korner.az-ın məlumatına görə, çempionatın sabah keçiriləcək Xorvatiya – Hollandiya matçına FİFA hakimimiz Əliyar Ağayev təyinat alıb.
O, adıçəkilən matçda 4-cü hakim funksiyasını yerinə yetirəcək. Oyunun baş hakimi ukraynalı Anatoli Jabçenko olacaq.
