Avropa Liqasının L qrupunda oktyabrın 19-da keçiriləcək “Vardar” (Makedoniya) – “Real Sosyedad” (İspaniya) oyununu FİFA referisi Əliyar Ağayev idarə edəcək.
Bu barədə AFFA-nın saytı məlumat yayıb. Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.
