Mayın 9-dan 21-dək Maltada 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi təşkil olunacaq.
Korner.az-ın məlumatına görə, FİFA referisi Əliyar Ağayev AÇ-nin oyunlarına təyinat alıb.
Qeyd edək ki, turnirin oyunlarını ümumilikdə 6 baş hakim idarə edəcək.
