Əliyar Ağayevə UEFA-dan növbəti təyinat
30.09.2024 , 10:58
Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.
Korner.az xəbər verir ki, o, Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda çərçivəsində keçiriləcək “Şturm” (Avstriya) – “Brügge” (Belçika) oyununun baş hakimi olacaq.
Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Matçın VAR hakimləri İngiltərədən Devid Kut və Styuart Attuell olacaq.
Oktyabrın 2-də Klaqenfurt şəhərində yerləşən “Verterze” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.