Futbol

Əliyar Ağayevə mühim təyinat

21.10.2019 , 14:46

Azərbaycanlı hakim Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

Korner.az-ın məlumatına görə, FIFA referimiz Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək “Ludoqorets” – “Espanyol” qarşılaşmasını idarə edəcək. Bolqarıstanın Razqrad şəhərində oynanılacaq matçda ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, oyun oktyabrın 24-də “Ludoqorets Arena”da keçiriləcək

Son yazılar

Yuxarı