17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hücumçusu Qara Qarayev yerli klubların maraq dairəsinə düşüb.
Korner.az-ın məlumatına görə, Premyer Liqamızın aparıcı klubları onu heyətə qatmaq üçün işə girişib.
Bunların arasında “Qəbələ” və “Neftçi” favorit göstərilir. Qeyd edək ki, Qarayev hazırda “Əlincə”də çıxış edir.
