Azərbaycan milli komandasının futbolçusu Əli Gökdəmirin çıxış etdiyi “Hannover 96” II komandası 9 oyundan sonra məğlub olub.
Korner.az-ın məlumatına görə, Gökdəmirin komandası ən yaxın izləyicisi “Holştayn”a məğlub olaraq liderlik kürsüsünü rəqibinə vermiş oldu. Maraqlı məaqm isə Hannover təmsilçisininmatçı 9 nəfər ilə bitirmsi olub. Gökdəmirin komandası Kil təmsilçisinə 2:3 hesablı məğlub olduqları matçın əlavə edilmiş son 3-cü dəqiqəsində milliləşdirilmiş türk legioner meydandan qovulub. Hakim Gökdəmiri ikinci sarı vərəqə ilə meydandan qovub.
Qeyd edək ki, bu yenilgi ilə II sıraya düşən hannoverlilər bir də növbəti oyununu fevralın 2-də “Meppen”ə qarşı keçirəcək.
