Əlcəzairli cinah oyunçusu üçün 30 milyonluq təklif gözlənilir
01.12.2025 , 16:30
“Marsel” rəhbərliyi “Feyenoord”un sürətli cinah oyunçusu Anis Hac Mussa ilə maraqlanır.
Korner.az xəbər verir ki, Fransada yayımlanan məlumatlara əsasən, Rotterdam klubu 23 yaşlı əlcəzairli futbolçunun transfer qiymətini təxminən 30 milyon avro olaraq müəyyənləşdirib.
2030-cu ilin yayına qədər müqavilə ilə “Feyenoord”a bağlı olan Hac Mussanın menecerinin Fransanın nəhəng klubuna müsbət münasibət göstərməsi də transfer prosesinin irəliləməsinə kömək edə bilər.
Gənc futbolçu bu mövsüm 20 matçda forma geyinərək 7 dəfə fərqlənib və 3 dəfə komanda yoldaşlarına qol ötürməsi verib. O, həmçinin Əlcəzair millisinin heyətində 9 oyuna çıxıb.