Əlavə vaxt ləğv edildi
11.06.2020 , 16:42

İtaliya kubokunun yarımfinal və final oyunlarında əlavə vaxtdan imtina edilib.
Korner.az xəbər verir ki, kubok oyunlarında əsas vaxt bitdikdən sonra qalib bilinməsə, komandalar dərhal penaltilər seriyasına keçiləcək.
Yarımfinal görüşləri 12-13 iyunda krçiriləcək. İlk matçda “Milan” və “Juventus”, ikinci qarşılaşmada isə “Napoli” ilə “İnter” finala yüksəlmək üçün mübarizə apacaqlar. Final matçı isə iyunun 17-də baş tutacaq.
