“Milan”ın futbolçusu Stefan Əl-Şəravi karyerasını digər italyan klubu “Roma”da davam etdirəcək
Korner.az-ın məlumatına görə, bu xəbəri İtaliya mətbuatı yayıb.
Artıq tərəflər arasında razılıq əldə olunub. “Roma” futbolçunu sonradan birdəfəlik almaq hüququ ilə 12 milyon avroya icarəyə götürəcək.
Bu mövsümün ilk hissəsində icarə qaydasında “Monako”da oynayıb. Lakin bu klub Əl-Şəravi ilə əməkdaşlığ davam etdirməkdən imtina edib.
