“Əl Nəsr”in növbəti transfer hədəfi
08.11.2023 , 14:43

Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubu daha bir ulduz futbolçu ilə güclənə bilər.
Korner.az-ın məlumatına görə, ərəblər bu dəfə Kevin De Bruyne ilə maraqlanır.
“Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi mövsümün sonunda karyerasını “Əl Nəsr”də davam etdirə bilər.
