“Əl-Hilal”ın prezidenti Messi ilə bağlı açıqlama verdi
13.05.2023 , 18:43

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun prezidenti Lionel Messinin komandasına transfer olunacağı ilə bağlı iddialara cavab verib.
Korner.az xəbər verir ki, klub rəhbəri Messi ilə bağlı danışmaq istəmədiyini bildirib:
“Məndən Messi haqqında soruşmayın. Mən sizə heç nə deməyəcəyəm. Mətbuat xidmətimiz açıqlama yaysa, bilərsiniz. Kluba gələn hər bir futbolçu bilməlidir ki, biz böyük klubuq. Məqsədimiz komandanı təkmilləşdirməkdir. Əgər diqqətinizi bir nəfərə yönəltsəniz, komandanı itirərsiniz”.
