“Əl-Hilal”ın Messi planı
08.05.2023 , 16:42
PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Lionel Messinin gələcək taleyi hələ müəyyənləşməyib.
Korner.az xəbər verir ki, bunu fürsət bilən “Əl-Hilal” Messinin transfer olması üçün əlindən gələni edir.
Belə ki, Səduiyyə Ərəbistan klubu Messinin keçmiş klubundakı komanda yoldaşları – Jordi Alba və Serxio Busqets üçün təklif göndərib.
Klub rəhbərliyi bu adları transfer edərək, argentinalı ulduzun transferini asanlaşdırmaq istəyir. Digər tərəfdən yaxın günlərdə Marko Verratti üçün təklifin ola biləcəyi gözlənilir.