“Əl-Hilal”da yeni müqavilə
04.02.2026 , 17:43
“Əl-Hilal”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, Səudiyyə Ərəbistani təmsilçisi portuqaliyalı yarımmüdafiəçi Ruben Neveşin sözləşməsinin müddətini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onun kontraktı 2029-cu ilə qədər yenilənib. 28 yaşlı futbolçu bundan sonra da “Əl-Hilal”ın uğurlarına töhfə verəcək.