“Əl-Əhli” “Atletiko”dan futbolçu gətirir
21.08.2023 , 22:30

“Əl-Əhli” “Atletiko Madrid”dən Rodriqo De Paulu transfer etmək fikrindədir.
Korner.az xəbər verir ki, bu barədə jurnalist Fabrizo Romano məlumat yayıb.
Səudiyyə Ərəbistanı klubu 29 yaşlı yarımmüdafiəçi üçün 32 milyon avroluq təkliflə İspaniya nəhənginin qapısını döyüb.
Tərəflər arasında hələ ki, razılıq əldə olummayıb.
