Avstriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
Korner.az-ın məlumatına görə, Almaniyanın “1860 München” klubunun U-23 komandası ilə qarşılaşan yığmamız 3:2 hesablı qələbə qazanıb.
Almaniya təmsilçisinin qapısından topları Namiq Ələskərov keçirib.
