Ölkə futbolu

Ələsgərovdan yubiley qolu

19.10.2020 , 16:16

“Neftçi”nin futbolçusu Namiq Ələsgərov Azərbaycan Premyer Liqasında 20-ci qolunu vurub.

Korner.az xəbər verir ki, bu, VI turun “Sabah”la görüşünə təsadüf edib. Komandasına 1:0 hesablı qələbə qazandıran yarımmüdafiəçi 144-cü oyununda 20-yə çatıb.

O, vurduğu qollardan 14-nə “Neftçi”də imza atıb. Namiq “Bakı”da 2, “Qarabağ”da 1, “Kəpəz”də 3 dəfə fərqlənib.

Qeyd edək ki, Ələsgərov ilk qolunu 2014-cü il martın 29-da “Bakı” – “Simurq” matçında (2:1) qonaqların qapısından keçirib.

Son yazılar

Yuxarı