Ələkbər Məmmədovla bağlı canlı yayım
09.05.2020 , 11:24

Azərbaycan futbolunun tanınmış simalarından sayılan Ələkbər Məmmədovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar mayın 9-da AFFA-nın rəsmi “Facebook” səhifəsində canlı yayım təşkil olunacaq.
Canlı yayımda ümumittifaq dərəcəli hakim, hazırda Futbol Veteranları İttifaqının sədr müavini vəzifəsində çalışan Rüstəm Rəhimov Ələkbər Məmmədovla bağlı xatirələrini bölüşəcək, gənc nəsil futbolçular üçün mərhum futbol ulduzunun həyat yolu və karyerası barədə söhbət açacaq.
Yayım saat 15:00-da başlayacaq.
Ələkbər Məmmədov SSRİ əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, Azərbaycan milli komandasının ilk baş məşqçisi, AFFA İcraiyyə Komitəsinin üzvü olub. (AFFA)
