Caş və Yakob Mörfi qardaşları İngiltərənin "Norviç Siti" klubunda çıxış edirlər.
Korner.az-ın məlumatına görə, əkizləri bir-birindən fəqləndirə bilməyən baş məşqçi Kris Huqton maraqlı yola əl atıb. Belə ki, qardaşlardan sol cinahda oynayan Caş 55 yaşlı mütəxəsisin onları fərqləndirmək üçün fərqli yola əl atdığını bildirib:
"Üç həftə əvvələ qədər qardaşımla eyni rəngli butsi geyinirdik. Məşqçimiz "yaxınımda olanda problem yoxdu, amma meydanın digər tərəfində olanda sizi ayırd edə bilmirəm" dedi. Onun istəyi ilə mən narıncı rəng butsi geyinirəm, Qardaşım Yakob isə mavi rəng butsi geyinir".
Qeyd edək ki, "Norviç siti"nin futbol akademiyasında yetişən Mörfi qardaşları mövsümüm əvvəlindən əsas komandada çıxış edirlər.
