Dünya Futbolu

“Əjdaha” ilində daha çox gəlir əldə edən klublar müəyyənləşdi – (SİYAHI)

24.01.2013 , 09:05

Britaniyanın "Deloitte" auditor şirkətinin versiyasına görə dünyanın ən gəlirli klublarının siyahısı açıqlanıb.

Korner.az-ın məlumatına görə, 2011/12-ci il mövsümünün yekunları üzrə gəlirli futbol klublarının "10"luğuna Madridin "Real" klubu başçılıq edir. "Kral" klubu dünyada 500 milyonluq qiymət həddinin öhdəsindən gəlməyi bacaran bütün idman növləri üzrə birinci klub olub.

İkinci yerdə isə Madrid klubunun əzəli rəqibi "Barselona" qərarlaşıb. 

Ümumilikdə isə ilk "onluq"da qərarlaşan klublar aşağıdakılardı:

1. "Real" – 512,6 milyon avro

2. "Barselona" – 483,0

3. "Mançester Yunayted" – 395,9

4. "Bavariya" – 368,4

5. "Çelsi" – 322,6

6. "Arsenal" – 290,3

7. "Mançester Siti " – 285,6

8. "Milan" – 256,9

9. "Liverpul" – 233,2

10. "Yuventus" – 195.4

Son yazılar

Yuxarı