Braziliya Senatı “Marakana” stadionunda yenidənqurma işlərinin aparılması üçün Rio-de-Janeyro şəhər rəhbərliyinə 120 milyon dollar kreditin ayrılmasına razılıq verib.
Korner.az-ın məlumatına görə, kredit Latın Amerikası ölkələrinin İnkişafı Bankı ayıracaq.
Layihəyə əsasən, təmir işləri gələn ilin yanvarınadək tamamlanmalıdı. Stadionun açılış mərasimi isə fevralın 21-də keçiriləcək. Rəsmi açıqlamalara görə, arenanda yenidənqurma işləri ümumilikdə 424 milyon ABŞ dollarına başa gələcək.
