Dünyanın ən məşhur xokkey məşqçilərindən olan Viktor Tixonov noyabrın 24-nə keçən gecə Moskvada vəfat edib.
Korner.az-ın “Media forum”a istinadən verdiyi məlumata görə, 84 yaşlı Viktor Tixonov uzun müddət idi xəstə yatırdı.
Viktor Tixonov oyunçu kimi SSRİ çempionatlarında 296 matçda 35 şayba vurub, 4 dəfə SSRİ çempionu olub. Onun məşqçiliyi altında SSRİ yığması 3 olimpiya çempionluğu, 8 dünya çempionluğu qazanıb.
1977-1996-cı illərdə SSKA komandasını çalışdıran Viktor Tixonov 14 dəfə ölkə çempionluğu əldə edib, bir o qədər də Avropa çempionları kubokuna sahib çıxıb.
