Əfsanəvi futbolçu son matçını keçirəcək
25.05.2023 , 17:45

İspaniyalı futbolçu Andres İnyesta Yaponiya klubundan ayrılır.
Korner.az xəbər verir ki, əfsanəvi futbolçu yayda “Vissel Kobe”dən gedəcək.
O, iyulun 1-də komandayla son oyununu keçirəcək.
O, Yaponiya təmsilçisində 133 oyun keçirib, 26 qol, 25 assistlə yadda qalıb.
