Fransa futbolunun və “Mançester Yunayted”in əfsanəsi Erik Kantona həbs edilib.
Korner.az-ın məlumatına görə, Kantona Londonda tutulub.
London polisi martın 12-də axşam saatlarında davadan sonra təxminən 40 yaşlarında bir şəxsin həbs edildiyini açıqlayıb. İngiltərə mətbuatı tutulan şəxsin 1992-1997-ci illər arasında “Mançester Yunayted”də oynayan fransız futbolçusu Erik Kantona olduğunu öyrənib. Hələlik olayın təfərrüatları açıqlanmır.
