“İnter”in canlı əfsanəsi Xavier Zanetti mövsümün sonunda peşəkar karyerasını bitirəcəyini bildirib.
Korner.az-ın məlumatına görə, bu barədə klubun prezidneti Erik Tohir klubun rəsmi saytına açıqlamasında deyib.
1995-ci ildən Milan təmsilçisinin şərəfini qoruyan Zanetti, futbolla vidalaşdıqdan sonra da klubda qalacaq. O, klubun menecment sistmeində çalışacaq.
