Braziliya B seriyasında mübarizə aparan “San-Kaetano” komandasının 41 yaşlı futbolçusu Rivaldo komandasını tərk edib.
Korner.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, futbolçu 2013-cü ilin yanvar ayından kluba qatılan dünya çempionu zədə ucbatında cəmi 7 matça çıxa bilib.
Klubdan ayrıldığını rəsmi “twitter” hesabından bildirən Rivaldo karyerasını bitirib-bitirməyəcəyi haqda danışmayıb.
