Əfsanəvi boksçu Məhəmməd Əli vəfat edib.
Korner.az-ın məlumatına gör, o, 74 yaşında müalicə aldığı ABŞ xəstəxanalarının birində dünyasını dəyişib.
Məlumatı onun meneceri Bob Gunell “NBS News” kanalına açıqlamasında təsdiqləyib. Əli uzun müddət idi, tənəffüsündə yaranan problemlərdən əziyyət çəkirdi.
Əsl adı Kassius Marsellus Kley olan əfsanəvi boksçu 1964-cü ildə İslam dinini qəbul edərək Məhəmməd Əli adını götürmüşdü. 1964-1974, 1978-ci illərdə ağır çəki dərəcəsində dünya çempionu olan Məhəmməd Əli karyerası ərzində rinqə çıxdığı 61 görüşün 56-ında qalib gəlib.
