"Milan"ın 36 yaşlı müdafiəçisi Alessandro Nesta özünə yeni klub tapıb.
Korner.az-ın məlumatına görə, italiyalı müdafiəçi Kanadanın "Montreal İmpakt" komandasının şərəfini qoruyacaq. "Latsio" və "Milan"ın uzun müddət formasını geyinmiş Nestanın transferinin şərtləri açıqlanmayıb.
2002-ci ildə Milan şəhərinin eyni adlı klubuna keçən futbolçu arxada qalan mövsümdə 17 A Seriyası matçına çıxmışdı.
