“Xəzər Lənkəran” “Neftçi” ilə oyunda qırmızı vərəqə alan futboçuları – Sadio Tounkara və Əfran İsmayılovu cəzalandıracaq.
Korner.az xəbər verir ki, bu haqda Futbolxeber.az saytına Lənkəran klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.
Klub rəsmisi qeyd edib ki, “Neftçi” ilə matçda komandanı çətin vəziyyətdə qoyan futbolçular mütləq cəzalarını alacaqlar. Hələlik onların hansı şəkildə cəzalanacaqları bəlli olmasa da, minimum pul cəzası alacaqları dəqiqdir.
