Xəbər verdiyimiz kimi “Bakı” klubu “Qarabağ”da çıxış edən Əfran İsmayılovu transfer edib.
Korner.az-ın məlumatına görə, tərəflər arasında imzalanan müqaviləyə əsasən, Əfran İsmayılov 2 il “Bakı”nın heyətində forma geyəcək. Bu gün isə klub yarımmüdafiəçini ictimaiyyətə təqdim edib.
Təqdimatdan sonra fikirlərini bildirən İsmayılov “Bakı”ya gəlməkdən məmnunluğunu ifadə edib: “Bakı”ya gəlməyimin əsas səbəbi odur ki, klubun gözəl strukturu, bazası, şəraiti var. Çox sagolsun rəhbərlik məni yaxşı qarşıladılar. Seçimimin üzərində axıra kimi qaldım. Çox sevinirəm ki, bura gəldim. “Bakı” elə klublarla əməkdaşlıq edir ki, mən özümü göstərib gələcəkdə o komandalara da keçə bilərəm. Amma hazırda əsas komandam üçün ən yaxşısını etməliyəm. Çalışacam ki, növbəti mövsüm çempion olaq”.