“Qarabağ”ın futbolçusu Əfran İsmayılov nümunəvi addım atıb.
Millimizin üzvü yardım aksiyasına qoşulub. Gənc fəal Qurban Məmmədlinin xərçəng xəstəliyindən əziyyət çəkən anasının müalicəsi üçün keçirdiyi kitab satışına dəstək olanlardan biri də məhz İsmayılov olub.
O, “Park Bulvar” ticarət mərkəzində yerləşən satış mərkəzindən bir neçə kitab almaqla bunu reallaşdırıb.
