Zədə əməliyyat olunan ayağımdadır. Ağrılarım əməlli-başlı azalıb. Amma risk etmək qorxuludur. Zədə daha da ağırlaşa bilər. Ola bilsin, gələn həftə Türkiyəyə yollandım. Orda bir günlük müayinə olunacağam. Çalışcağam ki, ən qısa zamana hazır olum".
Korner.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov klubun rəsmi saytına müsahibəsində deyib.
Gənc futbolçu Premyer Liqanı da dəyərləndirib: "Təbii ki, heç kim çempionatın belə maraqlı olacağını gözləmirdi. "Simurq"un lider olması, "Sumqayıt"ın iddialılar üzərindəki qələbələri maraqlı idi. Çempionatda fasilələr yaransa da yarışa maraq azalmır. "Qarabağ"a gəlincə, mövqeyimizdən həm razıyam, həm də yox.
İkinci yer hələ ki, pis olmasa da, daha çox xal toplaya bilərdik. Çempionluğa oynayan komanda mümkün qədər az xal itirməlidi. Amma gedişat onu göstərir ki, belə oyunlar çox olacaq. Hər tur gözlənilməz nəticələr qeydə alına bilər. Hər oyunda istənilən xalın belə əhəmiyyəti böyük olacaq. İnanıram ki, daha yaxşı nəticələrlə azarkeşlərimizi sevindirəcəyik".
