Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayıov karyerasını “Sumqayıt”da davam etdirəcək.
O bildirib ki, “gənclik şəhəri” təmsilçisindən təklif alıb: “Sumqayıt”la danışığımız olub. Yekun razılıq əldə edilməsə də, təklifə müsbət baxıram. Yəqin ki, karyeramı bu klubda davam etdirəcəyəm”.
“Qəbələ”dən ayrılan yarımmüdafiəçi Elvin Məmmədov və “Kəpəz”i tərk edən müdafiəçi Şəhriyar Əliyevin də “Sumqayıt”a keçəcəyi gözlənilir.
Qeyd edək ki, Əfran İsmayılov karyerası ərzində “Qarabağ”, “Turan”, “Bakı”, “Xəzər Lənkəran” və “Keşlə”də çıxış edib.(Report)
