"Qarabağ"ın futbolçusu Əfran İsmayılov "Bakı"ya transfer olacağı ilə bağlı apasport.az-ın yaydığı xəbərə aydınlıq gətirmək istədik. Məhz bu səbəbdən Əfranla əlaqə saxladıq.
"Mənim "Qarabağ"la müqaviləm var və bu məsələ hələ ki, gündəm də deyil. Çempionatın yekunlaşmasına hələ 3 tur var. Bütün bu məsələlərə çempionat bitdikdən sonra yadınlıq gələcək. Yəni "Bakı"ya keçib-keçməyəcəyim məhz bu zaman bilinəcək".
