Əfqanıstan idmançıları tarixdə ilk dəfə Qış Olimpiadasında iştirak edəcəklər
Dağ xizəkçiləri Səid Əlişah Farfanq və Səyad Hüseyni ölkəni Cənubi Koreyanın Pxençixan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında təmsil edəcəklər.
“Biz öz ölkəmizi dünyaya başqa tərəfdən göstərmək istəyirik, qoy görsünlər ki Əfqanıstan, təkcə müharibə olan yer demək deyil”, — deyə Hüseyni bildirib.
Əfqanıstan idmançıları 13 yay olimpiya oyunlarında iştirak ediblər. Yığma komandanın aktivində taekvondo idman növü üzrə iki bürünc medal var.
