Talıbovdan məğlubiyyətə şərh
Topaz Premyer Liqasının 13-cü turunda “İnter” “Şəfa” stadionunda Tovuzun “Turan” klubu ilə qarşılaşdı. Rəqibini 2-0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi turnir cədvəlində vahid liderliyi ələ keçirdi.
Korner.az-ın məlumatına görə, “Turan” klubunu baş məşqçisi Əfqan Talıbov oyunla bağlı fikirlərini bildirib:
“Rəqibin oyununa bələd idik, oyuna Tovuzda hazırlaşmışdıq. Stabil heyəti formalaşdırmağa çalışırıq. Çempionat vaxtı oyunçuları sınaqdan keçirmək, xəttlərarası əlaqəni qaydasına salmaq çətindir. Mərkəz müdafiəçiləri verilən tapşırığı yerinə yetirməməsi mərkəzdən tez qol buraxmağımıza səbəb oldu. Vurulan ilk qoldan sonra “İnter” əks-hücum taktikası ilə oynadı. Hücumda oyun qurmağa çətinlik çəkdik. İlk hissədə komandanın oyunundan 30-40% razı qala bilərəm. Qapıçımız komandanı bir neçə dəfə real qol epizodunda xilas etdi. İkinci hissədə əldə etdiyimiz qol imkanlarından yararlana bilmədik”.
