Azərbaycan kubokunun 1/8 final mərhələsində “Turan”la qarşılaşan “Xəzər Lənkəran” dramatik məcrada keçən matçda oyunsonrası penaltilərlə növbəti mərhələ yüksələn tərəf oldu.
Korner.az-ın məlumatına görə, məğlub komandanın baş məşqçisi Əfqan Talıbov oyunsonrası keçirilən mətbuat konfransında bunları deyib:
“Oyun gərgin mübarizə şəraitində keçdi. Komandam yaxşı oynadı, futbolçulardan razıyam. “Xəzər Lənkəran”ı növbəti mərhələyə keçməsi ilə təbrik edirəm”.
