Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 30-cu turun oyunları keçirilib.
Azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Dordrext”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.
Əzizov da bu görüşün iştirakçısı olub. O, matçın 74-cü dəqiqəsində meydana buraxılıb.
“Den Boş” hazırda 41 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.